ER XİN-in mətbuat katibi Ani Badalyan mediadan daxil olan sorğulara cavab olaraq şərh verib.
Sual: Aprelin 5-də Brüsseldə keçirilən ER-Aİ-ABŞ yüksək səviyyəli görüşü ilə bağlı mətbuatda müxtəlif konspirativ məlumatlar yayılır və bu yaxınlarda Azərbaycan mətbuatı aprelin 5-də Brüsseldə razılaşdırıldığı iddia edilən bir kağız dərc edib. Bəs bununla bağlpı nə edə bilərsiz?
Cavab: Əslində, Brüssel görüşü Ermənistanın dayanıqlı olması və iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı idi, bunun ətrafında reallığa uyğun gəlməyən lüzumsuz hay-küy yaranıb. Azərbaycan mətbuatında dərc olunan kağız saxtadır, belə məsələlər Brüssel görüşünün gündəliyində olmayıb.
Brüsseldə müzakirə edilən məsələlərin bütün gündəliyi görüşdən sonra yayılan birgə press-relizdə öz əksini tapıb. Mətbuat şərhində gündəm xaricində edilən hər hansı bir açıqlama yalandır. Brüssel görüşündə heç bir gizli gündəm olmayıb.
Brüssel prosesi tam şəffaf olub və bundan sonra da olacaq.