Aprelin 17-də ER parlamentin sədri Alen Simonyanın rəhbərlik etdiyi nümayəndə heyəti Vilnüsə rəsmi səfəri çərçivəsində Litva Respublikasının xarici işlər naziri Qabrielius Landsberqis ilə görüşüb.
XİN-in məlumatına görə, görüş regionda təhlükəsizlik məsələlərinin müzakirəsi ilə başlayıb. Şərqi Avropa və Cənubi Qafqazda təhlükəsizlik vəziyyətinə toxunulub.
Alen Simonyan ER hökuməti tərəfindən təklif olunan “Sülh kəsişməsi” layihəsini litvalı diplomata təqdim edərək, layihənin Cənubi Qafqazda sülhün bərqərar olması və Cənubi Qafqaz ölkələri üçün ticarət-iqtisadi imkanların yaradılması kontekstində əhəmiyyətini vurğuladı.
Həmsöhbətlər Ermənistan-Türkiyə, Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi, Azərbaycanda saxlanılan erməni hərbi əsirlərin problemi ətrafında fikir mübadiləsi aparıblar.
"Litva sülh prosesinə hər cür dəstək verməyə hazırdır", - Qabrielius Landsbergis qeyd edib.