ABŞ Konqresinin Nümayəndələr Palatasında erməni soyqırımı qurbanlarının xatirəsinə və Dağlıq Qarabağa ədalət tələbinə həsr olunmuş iclasında soyqırımdan xilas olamların övladları çıxış ediblər.
Konqresinin Nümayəndələr Palatasının erməni-asur əsilli üzvü Anna Eşu qeyd edib ki, erməbi xalqına qarşı törədilən cinayətlərə görə Azərbaycanın məsuliyyət daşıması üçün daha bir əsr gözləməməliyik.
O, Azərbaycan hakimiyyətinin Dağlıq Qarabağ ermənilərini etnik təmizləməyə və onları aylarla mühasirədə saxlamağa yönəlmiş hərəkətlərini xatırladıb.
"Mən ABŞ Dövlət Departamentini Azərbaycana hərbi yardımı dayandırmağa, insan haqlarını kobud şəkildə pozduğuna görə həmin respublikanın rəsmilərinə qarşl sanksiyalar tətbiq etməyə və Dağlıq Qarabağdan məcburi köçkün düşmüş 120 min insana kömək etməyə çağırıram", - Anna Eşu zəng edib.
Soyqırımdan xilas olunanların övladları öz çıxışlarında ABŞ hakimiyyətini Erməni Soyqırımı Təhsili Aktını (HR2803) qəbul etməyə çağırıblar