Aprelin 18-də ER Parlamentinin sədri Alen Simonyanın başçılıq etdiyi nümayəndə heyəti Vilnüsdə Litva Respublikasının Baş naziri İnqrida Şimonite tərəfindən qəbul edilmişdir.
Litva Respublikasının Baş naziri Litva ilə Ermənistan arasındakı münasibətləri yüksək qiymətləndirərək, Ermənistan Respublikasında aparılan demokratik islahatları alqışlayıb.
Tərəflər Şərqi Avropa və Cənubi Qafqazda təhlükəsizlik və iqtisadi vəziyyəti müzakirə ediblər.
Parlamentin sədri Ermənistan Respublikasının Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasına hazır olduğunu bir daha təsdiq edərək, “Sülhün kəsişməsi” layihəsini təqdim edib.
Tərəflər Ermənistan-Aİ ticarət, iqtisadi və enerji əməkdaşlığının perspektivləri, Ermənistan vətəndaşları üçün Aİ vizalarının liberallaşdırılması, Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesi və Azərbaycanda saxlanılan erməni hərbi əsirlərin geri qaytarılması ilə bağlı məsələləri müzakirə ediblər.
İnqrida Şimonite vurğulayıb ki, Litva Aİ ilə daha sıx münasibətlər və Cənubi Qafqazda sülhün bərqərar olması prosesində Ermənistanı dəstəkləməyə hazırdır.