“Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsi Gürcüstanın Avropa İttifaqı (Aİ) istəklərinə uyğun gəlmir.
Bunu Aİ Şurasının Prezidenti Şarl Mişel “X” platformasında yazıb.
O, gürcü xalqının Avropa yolunu seçdiyini və bunun qarşılığında Avropa Şurasının Gürcüstana namizəd statusu verdiyini qeyd edib.
“Qoy açıq deyim. “Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsi Gürcüstanın Aİ istəyi və üzvlük trayektoriyasına uyğun gəlmir və Gürcüstanı Aİ-yə yaxınlaşdırmayacaq, daha da uzaqlaşdıracaq”, - Şarl Mişel qeyd edib.