Baş nazir Nikol Paşinyan Suriya Ərəb Respublikasının Prezidenti Bəşər Əsədə milli bayram münasibətilə təbrik məktubu göndərib. Mesajda deyilir:
“Suriya Ərəb Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və dost Suriya xalqına ən səmimi təbriklərimi yetirirəm.
Ermənistan Suriya ilə həm ikitərəfli, həm də çoxtərəfli platformalarda qarşılıqlı faydalı və səmərəli əməkdaşlığın inkişafı üçün möhkəm əsas olan dostluq, etimad və qarşılıqlı hörmətə əsaslanan dostluq münasibətlərini qiymətləndirir.
Ümidvaram ki, dövlətlərin və xalqların dinc yanaşı yaşaması və harmonik qarşılıqlı fəaliyyətinə ciddi təhlükə yarandığı bu çətin günlərdə çoxəsrlik Ermənistan-Suriya dostluq münasibətləri bundan sonra da beynəlxalq münasibətlər sahəsində qarşılıqlı etimad və konstruktivlik nümunəsi kimi xidmət edəcəkdir.
Bu fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Suriya xalqına əmin-amanlıq və firavan həyat arzulayıram”.