Fransa Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb. Bu barədə Fransa XİN bildirdi. XİN məlumatına görə, buna səbəb son aylarda Azərbaycan tərəfinin ölkələr arasında münasibətlərə xələl gətirən birtərəfli hərəkətləri olub.
Prezident Makron səfir Buayonu qəbul edərək Azərbaycanın hərəkətlərindən təəssüfləndiyini bildirib və Azərbaycan tərəfinin niyyətlərinə aydınlıq gətirməsini istəyib.
Rəsmi Paris bildirib ki, Fransa Azərbaycan və Ermənistan arasında münasibətlərin beynəlxalq hüquq normalarına və iki ölkənin ərazi bütövlüyünə hörmət etməklə normallaşmasını dəstəklədiyini yenidən təsdiqləyir.