Almaniya xarici işlər naziri Annalena Berbok və Böyük Britaniya xarici işlər naziri Devid Kemeron İsraildədir.
"Times of Israel" yazır ki, Almaniya və Britaniya XİN rəhbərləri İsrail Prezidenti İsaak Herzoqla görüşüblər.
Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron və onun almaniyalı həmkarı Annalena Berbok İranın ötən həftə sonu raket və pilotsuz uçuş aparatları ilə hücumundan sonra İsrailə səfər edən ilk Qərb diplomatlarıdır.