Aprelin 17-də Müdafiə Nazirliyinin hərbi təlim mərkəzlərindən birində ER Silahlı Qüvvələrinin ali və yüksək rütbəli zabitlərinin attestasiya prosesinin atəş hazırlığı sınağı keçirilib. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
İmtahan prosesini Ermənistanın müdafiə naziri Suren Papikyan və müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-leytenant Edvard Asryan müşahidə ediblər.