Türkiyə prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Con Bassı qəbul edib.
Türkiyə-ABŞ münasibətləri, İsrailin Qəzza zolağındakı hərəkətləri, Ukraynadakı vəziyyət, İran və İsrail ətrafında baş verən son hadisələr müzakirə edilib. Ermənistanla Azərbaycan arasında münasibətlərə də toxunulub.