Aprelin 16-da Türkiyənin xarici işlər naziri Hakan Fidan HAMAS ilə danışıqlarda iştirak etmək üçün Qətərə səfər edəcək.
Səfər çərçivəsində adı çəkilən ölkənin rəhbərliyi ilə müzakirələr də nəzərdə tutulub.
Səfərin əsas məqsədi rəsmi Ankaranın İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Dövlətləri Liqasının Qəzza sektoru üzrə kontakt qrupunun fəaliyyətinin bərpasından ibarətdir.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə ötən günki telefon söhbətində Fələstin böhranının nizamlanması üçün səyləri artırmağın vacibliyini vurğulayıb.