2021-ci il sentyabrın 16-da Ermənistan etnik ermənilərə qarşı açıq-aşkar irqi ayrı-seçkilik siyasəti həyata keçirməsi üçün Azərbaycana qarşı bu iddiaya başlayıb. Bunu BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr zamanı ER-nin beynəlxalq hüquq məsələləri üzrə nümayəndəsi Yeqişe Kirakosyan deyib.
“Onilliklər ərzində Azərbaycan hökuməti etnik ermənilərə qarşı irqçi nifrət bəsləyib. Məktəb dərsliklərində azərbaycanlı uşaqlara ermənilərə nifrət və onları öldürmək öyrədilir. Dövlət mediası nifrət ifadələri yayır. Dövlət rəsmiləri etnik ermənilərin tamamilə məhv edilməsinə çağırırlar. Elə bir mühit vardır ki, balta qatilləri sülh şəraitində erməniləri qətlə yetirdiklərinə görə mükafatlandırılır, təbliğ edilir və milli qəhrəman kimi təriflənirlər.
Bu uzun müddət davam edən dövlət irqi nifrət siyasəti 2020-ci ilin sentyabrında Azərbaycanın Dağlıq Qarabağın etnik ermənilərinə qarşı təcavüzkar müharibəyə başlaması ilə yekunlaşdı.
Elan edilmiş məqsəd etnik ermənilərin məhv edilməsi və öz doğma yurdlarından zorla çıxartmasıdır”,- Kirakosyan qeyd edib.
O qeyd edib ki, hətta Beynəlxalq Ədalət Məhkəməsi də 2023-cü ilin sentyabrında Azərbaycanın Dağlıq Qarabağ ermənilərinə qarşı 9 aylıq blokadadan sonra apardığı etnik təmizləməni dayandıra bilməyib.
Kirakosyan qeyd edib ki, bundan sonra Azərbaycan ermənilərin mövcudluğunun bütün izlərini sistemli şəkildə məhv edir.
“Ermənistanın müraciətləri və ona qarşı təkzibedilməz dəlilləri ilə üzləşən Azərbaycan Ermənistana qarşı iş qaldıraraq tərəflər arasında saxta bərabərlik hissi yaratmağa çalışır”.