Aprelin 12-də Ermənistanın səfiri Anna Ağacanyan etimadnaməsini Danimarka kralı X Frederikə təqdim edib.
“Kral sarayında keçirilən mərasimdən sonra Danimarka kralı ilə Ermənistan səfiri arasında təkbətək söhbət olub.
Səfir Ağacanyan Danimarka Krallığına səfəri zamanı Xarici İşlər Nazirliyində, Baş Nazirlikdə də mənalı müzakirələr aparıb, bu müzakirələr çərçivəsində iki dost ölkə arasında əlaqələrin daha da möhkəmləndirilməsi və ikitərəfli gündəliyin daha da genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb, həmçinin Ermənistanın təhlükəsizliyi və regional hadisələrlə bağlı bir sıra məsələlər müzakirə edilib”, - deyə səfiriyi yaydığı məlumatda qeyd edilib.