İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə telefon danışığı aparıb və tərəflər İslam Respublikasının İsrail ərazisinə etdiyi hücumu müzakirə ediblər.
Bu barədə İran Xarici İşlər Nazirliyinin teleqram kanalında məlumat yayılıb.
Məlumata görə, Abdullahian almaniyalı həmkarına bildirib ki, İran əməliyyatı həyata keçirərkən İsraili qırmızı xətləri keçməyin nəticələri barədə xəbərdar etməyi qarşısına məqsəd qoyub.
İran XİN başçısı Almaniyanın səylərinin İranın qanuni hərəkətlərini pisləmək deyil, Qəzza zolağında münaqişənin dayandırılmasına və Yaxın Şərqdə təhlükəsizliyin bərqərar olmasına yönəldiləcəyinə ümidvar olduğunu bildirib.