Azərbaycanın Tehrandakı səfirliyinin yenidən fəaliyyətə başlaması istiqamətində hazırlıq işləri görülür.
Bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani bu gün Tehranda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycanın Tehrandakı diplomatik fəaliyyətinin yenidən başlaması üçün ilkin müsbət addımlar atılıb, xarici işlər nazirləri səviyyəsində müsbət danışıqlar aparılıb.
İran XİN rəsmisi qeyd edib ki, bir müddət öncə Azərbaycanın diplomatik heyəti ilkin hazırlıq işlərinin həyata keçirilməsi üçün Tehrana gəlib.
“İran və Azərbaycan arasında yekdil rəy yaranıb ki, iqtisadiyyat və digər sahələrdə olduğu kimi iki ölkə arasında siyasi əməkdaşlıqlar da başqa sahələrlə birlikdə hərəkət etməlidir”, - deyə o bildirib.