Ermənistan Xarici İşlər Nazirliyi “The Times” qəzetində dərc olunmuş məqaləyə cavab verib.
Məqalədə deyilirdi ki, Böyük Britaniya Ermənistan və bir sıra digər ölkələrin nümayəndələri ilə qeyri-qanuni mühacirlərin orada müvəqqəti yerləşdirilməsi ilə bağlı danışıqlara başlayıb.
ER XİN sözçüsü Ani Badalyan bildirib ki, “ER-Böyük Britaniyanın geniş siyasi dialoq gündəliyi var, lakin nəşrdə qaldırılan konkret məsələ ilə bağlı heç bir substantiv və texniki danışıqlar aparılmayıb".