Biz Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin təmin edilməsi ilə bağlı vəziyyətə toxunduq. Mən həmkarıma Azərbaycanla aparılan danışıqların son vəziyyətini təqdim etdim, Ermənistanın Ermənistan və Azərbaycan arasında artıq razılaşdırılmış üç prinsip əsasında regionda sabit və davamlı sülhün bərqərar olmasına hazır olduğunu bir daha təsdiq etdim.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Qazaxıstan prezidenti ilə birgə mətbuat konfransı zamanı deyib.
“Bu prinsiplər 1991-ci il dekabrın 21-də Qazaxıstanın Alma-Ata şəhərində qəbul edilmiş bəyannamənin müddəaları əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin həyata keçirilməsi, habelə regional infrastrukturların dövlətlərin suverenliyinə və yurisdiksiyasına hörmətlə, qarşılıqlılıq və bərabərlik prinsipləri əsasında açılmasıdır.
Bu kontekstində biz ER hökumətinin təqdim etdiyi “Sülh kəsişməsi” layihəsinə toxunduq və qeyd etdik ki, onun həyata keçirilməsi regionda vəziyyəti kökündən dəyişə bilər”, - deyə o bildirib.