Ali liderin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Brüsseldə keçirilən üçtərəfli görüşə toxunub.
“Tasnim” xəbər agentliyinə görə, Vilayəti Qərbi Cənubi Qafqazın işlərinə qarışmaqda, region ölkələrinin təhlükəsizliyinə təhdid yaratmaqda və hərbi mövcudluğa zəmin hazırlamaqda ittiham edib.
“İran tarixən bu regionda təhlükəsizlik və sülhün mühüm sütunu olub. Biz “Zangezur dəhlizi”nin işə salınmasının əleyhinə olduğumuz kimi, digər oxşar təşəbbüslərin də əleyhinəyik”, - deyə rəsmi əlavə edib.
Velayeti qeyd edib ki, Tehranda Cənubi Qafqazda problemlərin həlli üçün ən yaxşı mexanizmin “3+3” platforması olduğuna inanırlar.