Aprelin 11-də Ermənistanın Kanadadakı səfiri Anahit Harutyunyan Kanada Parlamenti Senatının sədri Raymond Qanier ilə görüşüb.
Görüş zamanı həmsöhbətlər ikitərəfli siyasi gündəm, parlament diplomatiyası, eləcə də regional təhlükəsizliklə bağlı bir sıra məsələləri müzakirə ediblər.
Beynəlxalq təşkilatlar, xüsusilə Beynəlxalq Frankofoniya Təşkilatı çərçivəsində ikitərəfli əməkdaşlığın xüsusi əhəmiyyəti vurğulandı.