Fransanın Ermənistandakı səfiri Olivye Dekotini Syunik rayonuna getdi. Səfiri Syunik qubernatoru Robert Qukasyan qəbul etdi.
Qubernator Syunikə səfərinə görə təşəkkürünü bildirib və bölgənin Fransa səfirliyi və müxtəlif Fransa strukturları ilə əməkdaşlığının əhəmiyyətini vurğulayıb.
Görüşdə tərəflər birgə həyata keçirilən layihələr, regionun təhlükəsizlik vəziyyəti və digər məsələlər barədə danışıb, iqtisadi, təhsil, səhiyyə və digər istiqamətlərdə gələcək əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Syunik qubernatoru və Fransanın ER-dəki səfiri "Syunik" hava limanında da olublar.
Səfir X mikrobloqunda səfərə toxunub və foto yayıb.
“Ermənistanın suveren infrastrukturu olan Syunik rayonunun Kapan hava limanına getdim”,-səfir yazıb.