Avropa Şurası Nazirlər Komitəsinin illik hesabatında 2023-cü ildə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrasında mühüm irəliləyiş əldə edilib. Ötən il 982 iş bağlanıb.
Azərbaycanla bağlı hissədə qeyd olunur ki, 2023-cü ildə Nazirlər Komitəsi icraata nəzarət üçün AİHM-dən 84 iş alıb. 2022-ci ildə bu göstərici 49, 2021-ci ildə isə 46 hal olub. Həmin göstəriciyə görə Azərbaycan Avropa Şurası ölkələrinin “liderləri”ndən biridir.
31 dekabr 2023-cü il tarixinə AİHM-in icraatında Azərbaycandan 337 iş olub. 2022-ci ildə 285, 2021-ci ildə 271 olub. Bu göstəriciyə görə Azərbaycan yalnız Ukrayna (766), Rumıniya (476) və Türkiyədən (446) geri qalaraq aşağıdan 4-cü yerdədir.
2023-cü ildə Nazirlər Komitəsi Azərbaycanla bağlı 32 işi bağlayıb.