Xarici işlər nazirinin müavini Vahan Kostanyan jurnalistlərin Gürcüstana hər hansı ərazinin verilməsi ilə bağlı sualına belə cavab verib: “Demarkasiya prosesi baş tutacaq və bunun məntiqi 1991-ci il Alma-Ata bəyannaməsinə əsaslanaraq, bütün qonşularla sərhəd xəttinin bərpasıdır.
Sülh müqaviləsinə gəlincə, Kostanyan qeyd edib ki, Ermənistan tərəfi mart ayında Azərbaycana yeni təkliflər göndərib və onlar hazırda Azərbaycan tərəfinin cavabını gözləyirlər.
Xarici işlər nazirinin müavini Ermənistanın hazırda müxtəlif tərəfdaşlarla münasibətlərinə də toxunub.
“Həm Rusiya Federasiyası, həm də digər tərəfdaşlarla münasibətlərdə Ermənistan öz dövlət maraqlarını irəli sürmək prinsipini rəhbər tutur”, - Kostanyan bildirib.