Rusiya silahlı qüvvələri Ukraynanın dörd regionundakı mühüm enerji infrastrukturu obyektlərinə aviazərbələr ediblər.
Bu barədə Ukrayna energetika naziri Qerman Qaluşenko Facebook səhifəsində yazıb.
Onun sözlərinə görə, Xarkov, Zaporojye, Lvov, Kiyev vilayətləri enerji infrastrukturuna ziyan dəyib. Artıq energetiklər nəticələrin aradan qaldırılması üzərində işləyirlər.