Ermənistan hökumətinin, hakimiyyət orqanlarının, bizim tərəfimizdən atılan istənilən addım yalnız ER-nin ərazi bütövlüyü və suverenliyinin qorunması üçündür.
Bu barədə parlamentdə ER hökumət proqramının 2023-cü il üçün icra yekunları hesabatının müzakirəsi ilə bağlı çıxışı zamanı parlamentin ədr müavini Hakop Arşakyan bildirib.
“Ermənistan Respublikası suveren ərazi bütövlüyünə malik güclü dövlətdir və olacaq. Sərhədlərimiz aydın olacaq, qüdrətli ordumuz olacaq, hələ də var və lazım gələrsə, ərazi bütövlüyümüzü müdafiə etməyə hazırıq və bütün dünya həmin ərazi bütövlüyünü tanıyır. Biz o yerə çatacağıq ki, öz ərazimizdə sülh şəraitində yaşamaq və yaratmaq hüququmuz olacaq”, - deyə Arşakyan bildirib.