Son bir neçə ildə Hindistan qlobal cənubun və ya inkişaf etməkdə olan ölkələrin, xüsusən də Afrika qitəsinin narahatlıqlarını, çağırışlarını və istəklərini ifadə edən aparıcı ölkə kimi özünü göstərdi. Bu barədə “The Print” yazır.
İlk dəfə olaraq Hindistanın Efiopiya, Mozambik, Fil Dişi Sahili, Filippin, Ermənistan və Polşa da daxil olmaqla bir sıra ölkələrdı hərbi attaşeləri olacaq.
Qeyd olunur ki, Yerevan Hindistanla müdafiə sahəsində tərəfdaşlığın genişləndirilməsində dərin maraq göstərdiyi üçün Ermənistanda attaşe təyin edilməsi barədə qərar qəbul edilib.
“Keçən il Ermənistana Hindistanın hərbi texnikası, o cümlədən çoxbarrelli reaktiv yaylım atəşi sistemləri ilə təchiz edilməsi haqqında saziş imzalanıb.
Onu da məlum olub ki, Yeni Dehli Moskvadakı səfirliyində və Londondakı Ali Komissiyada hərbi məmurlarının sayını artırmağı planlaşdırır”, - qəzet yazır.