“Freedom House” beynəlxalq təşkilatı “ Nations in transit 2024” hesabatını dərc edib. Həmin hesabatda Ermənistan mümkün 100 baldan 35 bal toplayıb və “Keçid və ya hibrid rejimli” ölkələr sırasında yer alıb. Məlumata görə, Azərbaycanın Dağlıq Qarabağa hücumu Ermənistanın demokratikləşmə səylərinə mənfi təsir göstərib.
Qeyd olunur ki, son bir ildə avtoritar rejimlərin insan hüquq və azadlıqlarına qarşı təcavüzləri nəticəsində Mərkəzi Avropadan Mərkəzi Asiyaya qədər regionda ümumilikdə demokratiya tənəzzülə uğrayıb. “Ukraynanın dağıdılmasına yönəlmiş müharibə və Azərbaycan rejiminin Dağlıq Qarabağda apardığı etnik təmizləmə avtokratik ekspansiyanın ölümcül nəticələrini üzə çıxarıb”, - sənəddə deyilir.
Məlumata görə, prezident Əliyev Dağlıq Qarabağda həyata keçirilən təcavüzdən yararlanmağa çalışıb və növbədənkənar prezident seçkiləri keçirib. O, həmçinin müstəqil mediaya və siyasi müxalifətə qarşı təzyiqləri davam etdirdi.
İnsan haqları təşkilatının fikrincə, Qafqazda avtoritar təcavüzün güclənməsi ehtimalı olduğu üçün ABŞ və ya Aİ çəkindirici tədbirlərdən istifadə etməlidir.
Hesabatda deyilir: “Rusiya və Azərbaycan həyasızcasına öz suverenliyinə hörmət tələb edir, eyni zamanda öz qonşularının muxtariyyətini, unikal tarixini və mövcudluq hüququnu inkar edirlər”. Azərbaycan 100 baldan 1 bal toplayıb və avtoritar rejimlər sırasında yer alıb.