Baş Nazir Aparatının rəhbəri Arayik Harutyunyan “Ermənistan-Gürcüstan strateji tərəfdaşlığı. konsepsiyadan reallığa” adlı ekspert konfransında iştirak edib.
Hökumətin mətbuat xidməti xəbər verir ki, forumda xarici işlər nazirinin müavini Vahan Kostanyan, Almaniyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Viktor Rixter, Yunanıstanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Kristos Sofianopulos, Hindistanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Nilakşi Saha Sinha, Ermənistandan, Gürcüstandan olan ekspertlər iştirak edib. Gürcüstan xarici işlər nazirinin birinci müavini Laşa Darsaliya videomüraciət edib.