Cənubi Qafqaz geosiyasi rəqabət meydanına çevrilməməlidir.
Bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Brüsseldə Ermənistan, ABŞ və Avropa İttifaqının üçtərəfli görüşünə münasibət bildirərkən bildirib.
O vurğulayıb ki, iqtisadi əməkdaşlığın gücləndirilməsi və kommunikasiyaların genişləndirilməsi Qafqaz regionunda sülhün və sabitliyin bərqərar olmasında və iqtisadi inkişafda vacib rol oynayır.
Bu baxımdan o regional formatların, xüsusən “3+3” regional formatının imkanlarının istifadəsini vurğulayıb.