Aprelin 10-da Finlandiyaya səfəri çərçivəsində ER Dövlət Şurasının katibi Armen Qriqoryan, Finlandiya parlamentinin üzvü, Xarici Əlaqələr Komitəsinin sədri Kimmo Kilyunen və AŞPA-nın Ermənistanla əlaqələr üzrə məruzəçisi, ATƏT Parlament Assambleyasının prezidenti Pia Kaumanın iştirakı ilə işgüzar səhər yeməyi təşkil edilib.
İştirakçılar Ermənistanda demokratik islahatların həyata keçirilməsi prosesini, ER-Aİ münasibətlərini və onların müxtəlif sahələrdə yaxınlaşmasını, həmçinin Ermənistan-Finlandiya əməkdaşlıq münasibətlərini müzakirə ediblər.
Görüş iştirakçıları ölkələr arasında sülhün bərqərar olması prosesində ATƏT Parlament Assambleyasının rolunu xüsusi qeyd ediblər.