"Yerevanın mərkəzində azərbaycanlı diversantın saxlanılması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar reallığa uyğun gəlmir".
Bunu Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sargsyan bildirib.
O qeyd edib ki, saat 23:25 radələrində Rusiya vətəndaşı narkotik maddə saxlamaq və istifadə etməkdə şübhəli bilinərək saxlanılıb:
“Lakin onun üzərindən narkotik tapılmayıb. Məlum olub ki, o, Ermənistanda turizm məqsədi ilə olub. Ona görə də həmin şəxs azadlığa buraxılıb”, – Sargsyan qeyd edib.