Təhlükəsizliyimizi təmin etmək üçün legitimliyimiz üzərində dayanmalıyıq, legitimliyimizin xətti isə bizim beynəlxalq səviyyədə tanınmış sərhədimizdir.
Bunu ER Baş naziri Nikol Paşinyan bildirib.
“Biz təhlükəsizlik deyəndə, ilk növbədə ordu deyirik, lakin ordunun işi sonda olmalı, çünki ordu işə girdiysə, bu son deməkdir, artıq hər şey birmişdir və iş orduya qalmışdır.
Biz deyirik ki, təhlükəsizliyimizi təmin etmək üçün legitimliyimiz üzərində dayanmalıyıq və legitimlik xəttimiz beynəlxalq səviyyədə tanınmış sərhədimizdir ki, heç kimin bizə qarşı hücuma haqq qazandırmaq şansı olmasın”.