Parlamentin müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasının sədri Andranik Koçaryan parlamentdə keçirdiyi brifinqdə sərhəddəki vəziyyətə toxunub.
Azərbaycan tərəfinin atəşinə cavab verilib-verilməməsinə dair jurnalistlərin sualına cavabında o qeyd edib:
“Biz bu atışmaların yalnız cavab atəşi ilə susacağını hiss etdikdə cavab verəcəyik. Hazırda müdafiə idarəmiz atəş açmırsa, deməli, ehtiyac hiss etməyib”.