Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi dialoqdan keçir.
Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller ənənəvi brifinqdə bildirib.
“Biz hər iki tərəfin diqqətinə dialoqun vacibliyi ilə bağlı mövqeyimizi çatdırmışıq. Rəsmi Vaşinqton hər zaman Azərbaycan və Ermənistan arasında müzakirə mühitinin mövcudluğunu dəstəkləyir. Bunu dövlət katibi Antoni Blinken liderlərlə ayrı-ayrılıqda müzakirələr zamanı da bəyan edib.
Azərbaycanla Ermənistan arasındakı dialoqda rol oynamağa hazırıq. Bununla belə mən yaxın vaxtlarda hər hansı görüşün keçirilib-keçirilməyəcəyi barədə fikir söyləməyin tez olduğunu düşünürəm”, - o deyib.