Putin və Ərdoğan arasında təmasların vaxtı hələ müəyyən edilməyib, lakin onların yaxın gələcəkdə baş tutacağı anlayışı var.
Bbunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
O, Rusiya və Türkiyənin ABŞ sanksiyaları ilə bağlı mövcud vəziyyətdən çıxış yolu tapmaq üçün maliyyə məsələlərində işçi təmaslarını davam etdirdiyini söyləyib.
"Maliyyə hesablaşmaları ilə bağlı problemlər Rusiya və Türkiyə iqtisadi operatorlarına ziyan vurur", - deyə Kremlin sözçüsü vurğulayıb.