İsrail Ordusu Qəzzanın cənubundakı Xan Yunis şəhərindən geri çəkilib.
Bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb. Bildirilib ki, Xan Yunisdə aylardır davam edən döyüşlərdən sonra İsrailin 98-ci diviziyası “tapşırığı yerinə yetirib” və “toparlanmaq və gələcək əməliyyatlara hazırlaşmaq” məqsədilə Qəzza zolağını tərk edib.
İsrailin geri çəkilməsi Rəfaha hücum planı ilə bağlı suallar yaradıb. Bununla belə İMQ-nin Qəzza zolağının digər ərazilərində nəzərəçarpan sayda qüvvələrini saxladığı qeyd olunub.