Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriç Ermənistana gəlib, Nikol Paşinyanla görüşüb. O, bu barədə X hesabında bildirib.
“Bu gün yerevanda baş nazir Nikol Paşinyanla gözəl görüşüm oldu. Avropa Şurası islahatlar prosesində Ermənistanı dəstəkləməyə davam edəcək”, - deyə Avropa Şurasının rəhbəri yazıb.