İsrailin konsulluğumuza hücumu cavabsız qalmayacaq.
Bunu İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri Suriyadakı konsulluğa hücumda öldürülən Məhəmməd Rza Zahedinin İsfahanda keçirilən dəfn mərasimində bildirib.
“İsrailin hücumu cavabsız qalmayacaq. Əməliyyatın vaxtını, növünü biz müəyyən edəcəyik. Bu əməliyyat diqqətlə icra olunacaq və biz mütləq onları peşman edəcəyik”, - Baş Qərargah rəisi vurğulayıb.