ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun katibinin müavini Ceyms O`Brayen Ermənistanın Baş naziri Nikol Paşinyan, ABŞ dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyen arasında keçirilən üçtərəfli görüşün nəticələrini yekunlaşdırıb.
“ABŞ dövlət katibi və Avropa Komissiyasının sədri Ermənistanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qəti şəkildə dəstəklədiklərini vurğulamaqla başladı.
Ermənistanda 2018-ci il Məxməri İnqilabından sonra həyata keçirilən demokratik islahatlara heyranlığımızı da qeyd etdik. Biz Ermənistan xalqının demokratik istəklərini əks etdirəcək qlobal iqtisadiyyatın və siyasi sistemin qurulmasına yönəlmiş mühüm islahatların və səylərin şahidi olduq. Məqsədimiz eyni ruhda davam etməkdir”, – O’Brayen mətbuat konfransı zamanı vurğulayıb.
O həmçinin qeyd edib ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması regional təhlükəsizliyi və rifahı təmin etmək üçün ən yaxşı yoldur. “Xüsusilə bu, Aralıq dənizi regionundan Mərkəzi Asiyaya yeni ticarət yolları açacaq", - ABŞ rəsmisi bildirib.