ER Xarici İşlər Nazirliyi bəyanat yayaraq, aprelin 5-dən 6-na keçən gecə Azərbaycan silahlı qüvvələrinin təxribat xarakterli hərəkətlərini pislədi.
Bəyanatda qeyd olunub ki, Azərbaycan tərəfinin hərəkətləri təxribat məqsədi daşıyıb və Ermənistan Respublikası Silahlı Qüvvələrinin bölmələri tərəfindən oxşar əks hərəkətlərin başlanmasına nail olmaq, Azərbaycanın dezinformasiyasını “əsaslandıran” faktlar əldə etmək məqsədilə edilib.
“Vəziyyəti qiymətləndirən Ermənistan Respublikası Silahlı Qüvvələrinin bölmələri gərginliyin daha da artmasına kömək edən addımlar atmayıb və sərhəddə vəziyyət sakitləşib
Ermənistan Respublikasının Xarici İşlər Nazirliyi Ermənistanın regionda vəziyyətin gərginləşməsində maraqlı olmadığını bir daha təsdiq edir və Azərbaycanı vəziyyəti gərginləşdirməyə yönəlmiş hərəkətləri dayandırmağa çağırır.
Biz həmçinin Azərbaycanın Ermənistan Respublikasının suveren ərazisində müdafiə strukturlarının yaradılması ilə bağlı qiymətləndirməsini əsassız hesab edirik, çünki ordu və ordu infrastrukturunun islahatı istənilən ölkənin suveren haqqıdır”.
Bəyanatda vurğulanıb ki, müdafiə məqsədilə silahların əldə edilməsi ilə bağlı Ermənistana yönəlmiş ittihamlar da aydın deyil, çünki Azərbaycan Ermənistan Respublikasından qat-qat artıq silah əldə edir və bu barədə Ermənistan hərtərəfli məlumat alır.
“Bu münasibətlə biz Ermənistan Respublikasının sülh gündəliyinə sadiqliyini, eləcə də Azərbaycana qarşılıqlı silahlara nəzarət mexanizmlərinin yaradılması və iki ölkə sərhədinə bitişik ərazilərin demilitarizasiyası ilə bağlı təklifimizi rəsmən təsdiqləyirik”,- XİN qeyd edib.