ABŞ Dövlət Departamenti “Amerikanın Səsi”nin Cənubi Qafqazda ABŞ-Fransa əməkdaşlığı və mümkün perspektivləri barədə sorğusuna cavab olaraq bildirib:
“Birləşmiş Ştatlar Aİ tərəfdaşlarıyla birlikdə Cənubi Qafqaz regionu üçün dinc və firavan gələcəyin təşviqinə sadiqdir. Biz Ermənistan-Azərbaycan sülh danışıqlarını dəstəkləməkdə davam edirik.
Birbaşa dialoq problemlərin həlli və davamlı sülhə nail olmaq üçün açardır. Biz Ermənistan və Azərbaycan arasında dialoqu asanlaşdırmaq üçün tərəfdaşlarla və çoxtərəfli təşkilatlar vasitəsilə ikitərəfli əlaqələri davam etdiririk”.