Fransanın Qüdsdəki Baş Konsulluğu şəhərin erməni məhəlləsində baş verən hadisələrlə bağlı narahatlığını bildirib.
“Fransa dünən Qüdsün erməni məhəlləsində baş verən hadisələrdən narahatdır. Biz İsrail hakimiyyətini status-kvonu şübhə altına alan hər hansı birtərəfli hərəkətlərdən çəkinməyə çağırırıq”, - Fransanın Qüdsdəki Baş Konsulluğunun X mikrobloqunda bildirilir.
Daha əvvəl İsrail polisi Qüdsdəki Qüds Erməni Patriarxlığının əmlakını dağıdıb, ruhanilərə və yerli ermənilərə hücum edib.