Aprelin 4-də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında tələfon danışığı olub.
Fon der Leyen X-in mikrobloqunda yazıb ki, Əliyevlə telefon danışığında sabit və firavan Cənubi Qafqaz kontekstində Aİ-Azərbaycan əlaqələri müzakirə olunub.
Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən verilən məlumata görə, telefon danışığında aprelin 5-də Brüsseldə keçiriləcək üçtərəfli görüş məsələsi qaldırılıb. Prezident İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinken ilə müzakirə olunduğu kimi, bu görüşlə bağlı Azərbaycan tərəfinin mövqeyini ifadə edib və regional inklüzivliyin vacibliyini bildirib.