Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen, baş nazir Nikol Paşinyanı, ABŞ-ın dövlət katibi Entoni Blinkeni və Avropa diplomatiyasının rəhbəri Cozep Borreli Brüsseldə salamlayan Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen qeyd edib ki, Ermənistana dəstək məqsədi daşıyan görüşə ev sahibliyi etməkdən məmnundur.
“Keçən oktyabrda biz Ermənistanla çiyin-çiyinə olacağımıza söz vermişdik və eyni zamanda tərəfdaşlığımızın gələcəyinə baxış formalaşdıracağımıza söz vermişdik. Bu gün müzakirə edəcəyimiz şey budur. Avropa tərəfi üçün bu baxış Ermənistanın dayanıqlılığı və inkişaf planı üçün əsas olacaq.
Növbəti 4 ildə Ermənistana qrant şəklində 270 milyon avro veriləcək. Biz Ermənistanın iqtisadiyyatını və cəmiyyətini daha güclü və sarsıntılara qarşı daha möhkəm olması üçün sərmayə qoyacağıq. Biznesinizi və istedadlarınızı, xüsusən də orta və kiçik müəssisələrə onların böyüməsinə, innovasiyalarına və yeni bazarlara çıxışına kömək etmək üçün dəstəkləyəcəyik.
Biz həmçinin əsas infrastruktur layihələrinə, məsələn, Qara dənizin altından elektrik kabelinin çəkilməsi planına sərmayə qoyacağıq. Bu, Avropaya təmiz bərpa olunan enerji gətirə biləcək imkanlarla dolu nəqliyyat marşrutudur. Biz bunu dəstəkləməyə hazırıq. Paralel olaraq, biz Ermənistanda bərpa olunan enerji istehsalına və Gürcüstanla daha güclü qarşılıqlı əlaqəyə sərmayə qoymağa hazırıq. Şərtlər icazə verərsə, biz sərhədlərarası daşımaları da araşdıracağıq. Bu kontekstdə, cənab Baş nazir, mən sizin “Sülhün kəsişməsi” təşəbbüsünüzü alqışlayıram.
Biz həmçinin aviasiya və nüvə təhlükəsizliyinin təmin edilməsi və ticarətin diversifikasiyası üzrə yeni tədbirlərə dəstək paketinə toxunduq. Aİ artıq investisiya üçün yarım milyard avrodan çox səfərbər edib və hələ də investisiya koordinasiya platforması vasitəsilə daha çox təklif edə bilər", - deyə Fon der Leyen.