Bir sıra amerikalı senatorlar ABŞ-ın dövlət katibi Entoni Blinkenə məktub göndərərək, Azərbaycan tərəfindən qeyri-qanuni şəkildə saxlanılan Dağlıq Qarabağın erməni hərbçilərini və siyasi rəhbərliyini azad etməyə çağırıblar.
Senatorlar Dağlıq Qarabağda baş verənləri rəsmi olaraq etnik təmizləmə kimi qiymətləndirməyə və günahkarlara qarşı sanksiyalar tətbiq etməyə çağırıblar.
Məktubda bildirilir ki, Bayden administrasiyası ermənilərin məlum beynəlxalq zəmanətlər altında Dağlıq Qarabağdakı evlərinə qayıtmaq hüququnu dəstəkləməlidir.