Ermənistan və Azərbaycan arasında sülh danışıqları və dialoq alqışlanır, lakin Avropa xristian xalqının 4000 il yaşadıqları Dağlıq Qarabağdan dramatik şəkildə qovulmasını unutmamalıdır. Bu barədə Avropa Parlamentinin italiyalı üzvü Massimiliano Salini bəyan edib.
“İndi bu müharibə ocağı yenidən diqqət mərkəzinə düşdükdən sonra erməni xalqına qarşı təcavüzü qiymətləndirməmək olmaz. Bu gün Avropa institutlarının durğunluğu aradan qaldırmaq və səsini ucaltmaq üçün yeni şansı var: sadəcə seyr etmək deyil, hərəkət etmək şansı. Cəsarət göstərmək lazımdır, son aylarda qeyd etdiyim kimi, hətta Azərbaycana qarşı sanksiyalar tətbiq etmək lazımdır”-deyə avropalı deputat bildirib.
Onun fikrincə, Avropa bu gün həm də Avropa mədəniyyətini təmsil edən xalqın tarixini və gələcəyini qorumursa, etimada layiq deyil.
Salini qeyd edib ki, danışıqlarda zərərçəkmiş tərəfin hüquqları nəzərə alınmalıdır.