Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyəti Brüsseldədir. Bu gün Yerevan vaxtı ilə saat 14:00-da Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və ABŞ dövlət katibi Entoni Blinken arasında üçtərəfli görüş keçiriləcək.
Tərəflər görüşdən əvvəl açıqlama verəcəklər.
Paşinyan Avropa İttifaqındakı nümayəndəliyində ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin rəhbəri Samanta Pauerlə görüşüb.
Görüşdə Ermənistan nümayəndə heyətinin tərkibində baş nazirin müavini Tiqran Xaçatryan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan da iştirak ediblər.
Daha sonra Ermənistanla Avropa İttifaqı arasında saziş imzalanacaq. Sənədi ER xarici işlər naziri Ararat Mirzoyan, Belçikanın ədliyyə və şimal dəniz məsələləri naziri Paul Van Ti-xelt və Avropa İttifaqının ədliyyə məsələləri üzrə komissarı Didye Reinders imzalayacaqlar.