Fələstin Birləşmiş Millətlər Təşkilatına tam üzvlük üçün müraciət edib.
Fələstinin BMT-dəki nümayəndəsi bu təşkilatın baş katibinə göndərdiyi məktubda ölkənin BMT-yə tamhüquqlu üzvlüyü üçün 2011-ci il məktubuna yenidən baxılmasını istəyib.
Qeyd edək ki, 2012-ci ildə BMT-nin Baş Assambleyası Fələstinin bu təşkilata müşahidəçi üzv kimi iştirakına səs verib.