Martın 29-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin müşayiəti ilə iki nəfər Dağlıq Qarabağdan Ermənistana gətirilib. “Lurer”in məlumatına görə, onlar ər-arvaddır: Sargis Galstyan və Margarita Şahnazaryan.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ermənistandakı nümayəndə heyətinin kommunikasiya proqramlarının rəhbəri Zara Amatuni “Lurer”ə bildirib ki, həmin şəxslər Ermənistana öz istəkləri ilə köçürülüblər. Amatunun sözlərinə görə, Dağlıq Qarabağdakı 20-yə yaxın ermənini bu müddət ərzində müxtəlif məsələlərlə bağlı dəstəkləyirlər, Dağlıq Qarabağdan kənarda yaşayan qohumları ilə əlaqə saxlamağa kömək edirlər. Oktyabr ayından Qırmızı Xaçın köməyi ilə 50-dən çox insan Ermənistana köçürülüb.
“Kim öz iradəsi ilə hərəkət edirsə, biz heç bir insanı hansısa hərəkətə məcbur edə bilmərik. Bildirirlər, biz də neytral vasitəçi olaraq kömək edirik, bizim missiyamız köçürülməni təmin etməkdir, onlar sərhədi keçəndə missiyamız başa çatır”, - deyə Amatuni bildirib.