ABŞ-ın Kaliforniya ştatının Qlendel şəhərində keçirilən şəhər şurasına seçkilərin nəticələrinə əsasən, Elen Asatryan mer seçilib. Bu barədə məlumatı Şərq Bölgəsi Proqressiv Demokratlar Partiyası (EAPD) yayıb.
İlk qadın namizəd kimi Elen Asatryan 2022-ci ildə şəhər şurasında ən çox səs toplayıb. Elen Asatryan Qlendel Şəhər Şurası seçkilərində qalib gələrək Los-Ancelesin 4-cü ən böyük şəhərinin meri vəzifəsini tutan ilk amerikalı erməni qadın oldu.
X mikrobloqunda Elen Asatryan tərəfdarlarına təşəkkür edərək qeyd edib ki, heç bir mühüm iş asanlıqla gəlmir.
“Bu qələbə komanda işi və əzmkarlıq tələb edirdi. Bütün sakinlər və maraqlı tərəflər bu uğurla fəxr edə bilər, bu, ədalətin ifadəsidir”, - deyə yeni seçilmiş mer yazıb.