Biz bu gün Azərbaycan təhdidlərinə məruz qalan Ermənistanın ərazi bütövlüyündən danışdıq və Bakının ritorikasının getdikcə ifrata doğru getdiyini nəzərə alsaq, bundan nə qədər narahat olduğumuzu bildirmək istəyirəm.
Bunu Fransanın xarici işlər naziri Stefan Sejourne Parisdə ABŞ dövlət katibi Entoni Blinkenlə görüşdən sonra mətbuat konfransı zamanı bildirib.
“Biz Ermənistana qarşı getdikcə daha çox saxta ittihamlar görürük. Ermənistan yəqin ki, regionda münaqişənin qarşısını almaq istəyən və buna cəhd edən yeganə ölkədir.
Əgər daha yaxından baxsaq, Rusiya və Ukrayna ilə baş verənlərlə çoxlu ümumi oxşarlıqlar tapacağıq və düşünürəm ki, Bakıda keçiriləcək COP29-dan altı ay əvvəl buna diqqət yetirməliyik”, - deyə o bildirib.